Kiçik daxmalardan çıxan böyük ürəklər- Yurdu yaşatmaq üçün canından keçən əsgər Oqtay Ağabəyov

28-11-2020, 15:20           
Kiçik daxmalardan çıxan böyük ürəklər- Yurdu yaşatmaq üçün canından keçən əsgər Oqtay Ağabəyov
44 günlük Vətən savaşı saysız-hesabsız igidlikləri, igidləri üzə çıxardı. Dünənin bağça yaşlı, körpə uşaqları çağırış vərəqəsi gözləmədən çağırış məntəqələrinə axışdılar. Dünənin “ana uşaqları” bir günün içində ANA VƏTƏNİ DÜŞMƏNDƏN QORUYAN ÇƏPƏR -ƏSGƏR oldular. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti -73 saylı köhnə beşqatlı binanın birinci qatında darısqal birotaqlı mənzilə sığmayan evin tək oğlu Ağabəyov Oqtay Baxşəli oğlu da sinəsini Qarabağ cəbhəsində düşmənə sipər etdi, Suqovuşan yönündə şəhidlik zirvəsinə qovuşdu. Vətənini - böyük ailəsini o qədər sevirdi ki, balaca ailəsini qurmağı da “Öncə Vətən” sevdası ilə Vətən savaşından sonraya saxlamışdı. İndi ölməz ruhu Qarabağda, özü Keşlədəki “Şəhidlər evi”ndədir. Ruhu şaddır, canını verdiyi Qarabağ yaşayır!

...Oqtayın anası da çağırılmadan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami rayon idarəsinə gedib oğlunu torpağa tapşırandan sonra. Könüllü olaraq Qarabağ uğrunda savaşa qatılmaq istəyi ilə. Elə oğlu Oqtay kimi. Belə oğlu, belə anası olan VƏTƏNin qurtuluşu mütləqdi!

Məğrur Bədəlsoy
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.