Paytaxtın şadlıq sarayları və ticarət obyektlərində birgə reydlər keçirilir

26-07-2021, 10:35           
Paytaxtın şadlıq sarayları və ticarət obyektlərində birgə reydlər keçirilir
Covid-19 pandemiyası ilə mübarizə tədbirləri çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinin strukturları, Bakı Şəhər Baş Polis İdarəsi və rayon İcra Hakimiyyətləri ilə birgə keçirilən reydlər paytaxtın bütün rayonlarını əhatə edib və son günlərdə daha da gücləndirilib.
Reydlərin əsas məqsədi Nazirlər Kabineti yanında Operativ Qərargahın qərar və tövsiyələrinə riayət edilməsinin vəziyyətinin yoxlanılması və vətəndaşlar arasında maarifləndirmə işlərinin gücləndirilməsi və yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınmasıdır.
Rayonlarda yaradılmış operativ qruplar tərəfindən ticarət obyektlərində, Bakı şəhərində toy məclisi təşkil edilən şadlıq saraylarında, restoranlarda və digər qapalı yerlərdə yoxlama-nəzarət profilaktik tədbirlər həyata keçirir. Şadlıq evlərində keçirilən reydlər zamanı vətəndaşların və işçi personalının COVID-19 pasportu yoxlanılır, iştirak edən vətəndaşların sayı, insanların zalda yerləşdirilməsi zamanı sosial məsafənin qorunması və digər məsələlərə ciddi fikir verilir. Ticarət mərkəzlərində qoruyucu maskalardan istifadənin vacibliyi ilə bağlı söhbətlər aparılır.
Reydlər zamanı aşkar edilən nöqsanlar və çatışmazlıqlarla bağlı operativ tədbirlər görülür, pozuntulara yol verən sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri və digər cavabdehlərə qarşı cərimə tədbirləri tətbiq olunur.
Qeyd edək ki, bu cür tədbirlərin keçirilməsində əsas məqsəd koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısını almaqdır.

Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidməti

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.