Daha bir restoran karantin qaydalarını pozduğu üçün 4000 manat cərimə olunub

15-11-2021, 10:58           
Daha bir restoran karantin qaydalarını pozduğu üçün 4000 manat cərimə olunub
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Teref.az -a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimləri zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib. Belə ki, aparılan yoxlamalar zamanı Cəlilabad şəhəri ərazisində yerləşən “Sara Xatun” restoranında təşkil edilən toy mərasimində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olması halı aşkarlanıb. Həmin restoranın icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat cərimə olunub.

Karantin rejim qaydalarından irəli gələn tələblərinin icra olunmasına nəzarət məqsədilə keçirilən tədbirlər nəticəsində Cəlilabad rayonunun Alar kəndində fərdi yaşayış evlərindən birinin həyətində təşkil edilən toy zamanı da iştirak edən qonaqların müəyyən edilmiş say həddindən çox olduğu aşkarlanıb. Həmin məclisin təşkilatçısı E.Abışov İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən barəsində inzibati protokol tərtib edilməklə cərimə olunub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru