Türk Dünyasının Ali Ordeni İlham Əliyevin təşkilatın inkişafına və Türk dünyasına verdiyi töhfənin qiymətləndirilməsidir

15-11-2021, 18:23           
Türk Dünyasının Ali Ordeni İlham Əliyevin təşkilatın inkişafına və Türk dünyasına verdiyi töhfənin qiymətləndirilməsidir
12 noyabr tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Istanbulda keçirilən VIII Zirvə Görüşü bir neçə cəhətdən əlamətdar oldu. Türk Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişi əsasında yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir. Bu gün isə təşkilatın üzvlərinin sayı 7-yə çatıb. Türkmənistanın təşkilata müşahidəçi qismində qoşulmuşdur. Bakı Zirvə Görüşündə Özbəkistan Şuraya üzv oldu, bu da çox önəmli hadisədir.Bu isə təşkilatın fəaliyyətinin səmərəli və diqqət çəkici olmasından xəbər verir.
Zirvə görüşünün ən əlamətdar hadisələrdən biri ölkə başçımız cənab İlham Əliyevin Türk Dövlətləri Başçıları Şurasının qərarı ilə Türk Dünyasının Ali Ordeni ilə təltif edilməsi idi. Bu, dövlətimizin başçısının böyük şəxsiyyətinə, türk dünyasında tutduğu mövqeyə, liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında yüksək nüfuz qazanmasına, ən başlıcası isə 30 il işğal altında saxlanılan ərazilərimizin yağı tapdağından azad edilməsini və beləliklə, ərazi bütövlüyünün bərpasını reallaşdıraraq, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Zəfərin qazanılmasındakı misilsiz xidmətlərinə verilən layiqli dəyərdir.
Bir daha aydın oldu ki, qazanılmış qələbə sadəcə Azərbaycan üçün deyil həm də bütün Türk dünyası üçün böyük əhəmiyyət daşımaqdadır. Rəcəb Tayyib Ərdoğanın təqdimat mərasimində bəyan etdiyi kimi, “Qarabağ Zəfəri ilə təkcə işğal altındakı torpaqlar azad edilməyib, eyni zamanda bölgəmizdə həsrətini çəkdiyimiz davamlı sülh, sabitlik və əməkdaşlığa gedən yolun da önü açılıb”.
Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə türk dünyasında böyük nüfuz əldə edib, prinsipial lider kimi şöhrət qazanıb. Qarabağ döyüşlərində Azərbaycanın tarixi Qələbəsi də ölkə rəhbərini qətiyyətli, müdrik dövlət başçısı kimi bütün dünyada tanıdıb. Dövlətimizin başçısı bu parlaq Qələbə ilə bütün türk dünyasına böyük, misilsiz bir töhfə verdi: Bölgədə sülhün, əmin-amanlığın əsası qoyuldu, Zəngəzur dəhlizinin açılmasını şərtləndirən şərait yaradıldı. Bununlada türk dövlətləri arasında mövcud bağlılığın, əməkdaşlığın daha da möhkəmlənməsinə, daha da inkişafına zəmin yarandı.
Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması məhz bu fəaliyyətinə verilən yüksək qiymətdir. Həmçinin, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda dövlətimizin başçısının fədakar əməyinin dəyərləndirilməsidir.
Aysel Mənsimova - politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.