Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması tarixi Zəfərimizin təsdiqidir

15-11-2021, 18:24           
Azərbaycan Prezidentinin Türk Dünyasının Ali Ordeni ilə təltif olunması tarixi Zəfərimizin təsdiqidir
Azərbaycan Prezidenti İlham Əliyevin Türkdilli ölkələrin Dövlət Başçıları Şurasının Qərarı ilə “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması mühüm tarixi hadisədir. Bu, dövlətimizin başçısının böyük şəxsiyyətinə, Türk dünyasında tutduğu mövqeyə, liderliyinə, beynəlxalq miqyasda və türkdilli dövlətlər arasında yüksək nüfuz qazanmasına, ən başlıcası isə 30 il işğal altında saxlanılan ərazilərimizin yağı tapdağından azad edilməsini və beləliklə, ərazi bütövlüyünün bərpasını reallaşdıraraq, bölgədə davamlı sülh və sabitliyin əldə olunmasına yol açan tarixi Zəfərin qazanılmasındakı misilsiz xidmətlərinə verilən layiqli dəyərdir.
Azərbaycanın Qarabağ Zəfəri ilə işğal altındakı torpaqlarımız düşməndən təmizlənməklə uzun illər ərzində yurd-yuvasından didərgin salınan insanların Vətən həsrətinə son qoyulub. Bu isə Prezident, Ali Baş Komandan İlham Əliyevin müdrik sərkərdə fəaliyyəti nəticəsində reallaşıb. Eyni zamanda, Vətən savaşında əldə edilən parlaq Zəfərlə bölgəmizə uzanan davamlı sülh, sabitlik və əməkdaşlıq yolunun önü açılıb.
Prezident İlham Əliyev uzaqgörən siyasəti ilə Türk dünyasında böyük nüfuz əldə edib, prinsipial lider kimi şöhrət qazanıb. Qarabağ döyüşlərində Azərbaycanın tarixi Qələbəsidə ölkə rəhbərini qətiyyətli, müdrik dövlət başçısı kimi bütün dünyada tanıdıb. Türkdilli dövlət başçılarının on iki il bundan əvvəl Naxçıvan Zirvə görüşündə Prezident İlham Əliyevin dediyi sözlərdə ötən müddətdə onun qarşıya qoyduğu məqsədə doğru getdiyi yolda əzmkarlığını, uzaqgörənliyini, müdrikliyini göstərib: “Vaxtilə Azərbaycanın tarixi, əzəli torpağı Zəngəzur bölgəsinin Azərbaycandan ayırıb Ermənistana birləşdirilməsi demək olar ki, böyük türk dünyasını coğrafi baxımdan parçaladı. Yəni türk dünyasının vahid bir ailə kimi, vahid bir qüvvə kimi fəaliyyəti on illiklər ərzində dayandırılmışdır”.
44 günlük Vətən müharibəsində qazanılan parlaq qələbə ilə Prezident İlham Əliyev bütüntürkdünyasınaböyük, misilsizbirtöhfəverdi. Bölgədə sülhün, əmin-amanlığın əsası qoyuldu, Zəngəzur dəhlizinin açılmasını şərtləndirən şərait yaradıldı. Bu sülh, bu yol bütün Türk dünyasını sevindirdi.Bu sülh şəraiti, bu yol-dəhliz ilə türk dövlətləri arasında mövcud bağlılığın, əməkdaşlığın daha da möhkəmlənməsinə, daha da inkişafına zəmin yarandı.
Azərbaycan Prezidenti İlham Əliyevin “Türk Dünyasının Ali Ordeni” ilə təltif olunması məhz bu fəaliyyətinə verilən yüksək qiymətdir, Türk Şurasının Naxçıvandan başlanan inkişaf yolunda dövlətimizin başçısının fədakar əməyinin dəyərləndirilməsidir. Bu, eyni zamanda, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təşkilatın inkişafına, onun sıralarının genişlənməsinə, beynəlxalq aləmdə nüfuzunun yüksəlməsinə və əlaqələrinin artmasına, əgər belə demək mümkündürsə, minnətdarlıq ifadəsidir.

Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.