Hacıqabulda oğurluq edən şəxs saxlanılıb

4-12-2021, 10:39           
Hacıqabulda oğurluq edən şəxs saxlanılıb
Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayon ərazisində yerləşən evlərin birinə qanunsuz daxil olaraq ümumi dəyəri 2000 manata yaxın olan müxtəlif növ məişət əşyaları və avadanlıqları oğurlayan rayon sakini Ələm İbrahimov saxlanılıb.

Dindirilmə zamanı Ə.İbrahimov törətdiyi oğurluq əməlini etiraf edərək, əşya və avadanlıqların bir qismini dəyərindən ucuz qiymətə satdığını bildirib. Əşyaların qalan hissəsi isə polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Faktla əlaqədar Hacıqabul RPŞ-də araşdırmalar davam etdirilir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru