Rektor İbrahim Cəfərovun günlük iş rejimi təhsil müəssisəsini tam əhatə edir

5-12-2021, 10:46           
Rektor İbrahim Cəfərovun günlük  iş rejimi  təhsil müəssisəsini tam  əhatə edir
Hər rəhbərin özünəməxsus bir idarəetmə üsulu var. Hər biri də iş gününü müxtəlif sahələrdən, bir çoxu isə oturduğu kabinetdən başlayır. Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun iş rejimi isə tamam fərqlidir. Sübh tezdən-hava işıqlaşar işıqlamaz- o, təhsil müəssisəsinin korpuslarından, tələbə evlərindən, tədris-təcrübə təsərrüfatından başlayır işinə. Səliqə-səhmanı, təmizliyi, qazanxanaların vəziyyətini yoxlayır ilk olaraq. İş saatı və dərslər başlayanadək artıq onda nəyin çatıb çatmaması barədə özünün gördüyü və yaddaşına yazdığı məlumatlar olur. Bu da verəcəyi tapşırıqların dəqiq ünvana, məsuliyyət daşıyan şəxslərə yönəldilməsi deməkdir. İş saatı başlayanda isə artıq otağında tədrisin idarə edilməsi və günün özünün ortaya qoyduğu məsələlərlə məşğul olur.
Daha dəqiqi bütün məsələlərə obyektiv və operativ münasibətini göstərir, tapşırıqlarını verir. Bəri başdan deyim ki, bu insan son dərəcə böyük enerji sahibi, işindən olduqca zövq alan, və yorulmağın nə olduğunu bilməyən rəhbərdir. O, əslində həmişə belə olub. Dekan, tədris işləri üzrə prorektor olanda da işə bu cür həssaslıqla və məsuliyyətlə yanaşıb. Çəkdiyi zəhmətdən minlərin həyat yoluna işıq düşdüyünü görəndə isə özünə də, rəhbərlik etdiyi təhsil müəssisənin hər bir üzvünə də inamı artıb və daha ciddi şəkildə işinə davam edib.
Gəlin onun bir iş gününü birlikdə izləyək. Az öncə dediyim kimi səhər saat 7-dən tədris korpuslarını gəzir, yardımçı təsərrüfatlarda olur. Saat 9 tamamda iş otağına gəlir. Qısa müddət ellektron medianı izləyir. Ölkənin siyasi, iqtisadi yeniliklərinə baxır, təhsil müəssisəsi haqqında dövrü mətbuatda yazılanları izləyir. Universitetin 2-ci Qarabağ müharibəsində şəhid və əlil olanların ailələri, təhsil müəssisəsinin Vətən müharibəsi iştirakçıları ilə maraqlanır. Elektron poçtuna tələbələr tərəfindən yazılanları cavablandırır. Bundan sonra onun daha gərgin iş saatı başlayır. İkili diplom proqramı çərçivəsində Aqrar universitetdə tədris aparan türk müəllimlərin dərs cədvəlinə baxır. Onların bir neçəsinin dərsində iştirak edir. Tələbələrin hazırlıq səviyyəsini izləyir həm müəllimin, həm də tələbələrin vəziyyətinə, qayğılarına diqqət yetirir. O, hər gün gənc müəllimlərlə, doktorantlarla, magistr tələbələrlə də görüşür. Tədrisin daha keyfiyyətli olması üçün tapşırıqlarını verir, onları dinləyir, elmi köməyə ehtiyacı olanları məsləhət və tövsiyyələri ilə istiqamətləndirir. Ən çox doktorantlara vaxt ayırır, qarşıya qoyulan məsələlərin həllində onların üzərinə düşən məsuliyyətin incəliklərini izah edir və indi təlabatın tamam başqa cür olduğunu söyləyir, hər zaman onların yanında olduğunu deyir.
Təbii ki, gün ərzində planlaşdırılan tədbirlərə də vaxt ayırır, hər birində iştirak edir.
Pandemiya dövründə operativ qərargahın irəli sürdüyü məsələlərin icrası da rektor olaraq onun daim diqqətdə saxladığı və günlük rejiminə əlavə etdiyi işlərdəndir.
Yenicə yaradılan Biotexnologiya mərkəzinin gündəlik işini isə xüsusi izləyir, burada çalışanlarla ünsiyyətdə olur, tətbiq edilən yenilikləri, əkilən və ekoloji təmiz məhsul üçün ərsəyə gətirilən bitkilərin inkişafını nəzarətdə saxlayır.
İbrahim Cəfərov bir qayda olaraq iş gününün sonunda tələb evlərinə baş çəkir, onlarla çox səmimi söhbət aparır. Bu söhbətlər sanki bir ailə görüşünü xatırladır. Hər tələbə yaranan səmimiyyət və diqqətdən ürəklənərək onu narahat edən məsələləri, hətta şəxsi problemlərini belə dilə gətirir. Səslənən məsələlər isə yerindəcə həllini tapır. 1 və 2 saylı tələbə evlərinin hər birində axşam saat 19-00 da başlayan görüş 22-00 dək davam edir. Bu da tələbə üçün böyük stimula çevrilir. Demək olar ki, İbrahim Cəfərof hər tələbəni dinləyir, onları maraqlandıran bütün suallara aydınlıq gətirir. Birgə yaşayış normaları, daxili intizam qaydalarından danışır, dərslərin və imtahan sessiyasının uğurlu keçməsi üçün tövsiyyələrini söyləyir.
Bunlar günlük fəalliyyətin yalnız yadımda qalanları və izlədiklərimdir qısa formada nəzərə çatdırdıqlarım. Görünməyən tərəfləri də bu günə əlavə etsəm deyə bilərəm bu insan ADAU ilə, özünün dediyi kimi, təhsil müəssisəsinin zəif bəndi olan tələbələrlə nfəs alır.
Qalib Rəhimli
Teref.az




















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.