Şamaxı və Qaxda ərzaq mağazasında pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb

30-12-2021, 10:33           
Şamaxı və Qaxda ərzaq mağazasında pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxslər saxlanılıb
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə ərzaq mağazasında pirotexniki vasitələrin satışı ilə məşğul olan şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, rayonun Şəhriyar qəsəbəsində Aydın Qurbanovun işlətdiyi mağazada gizli şəkildə pirotexniki vasitələr satılması barədə məlumat daxil olub. Obyektə baxış zamanı oradan partlayıcı və tezalışan maddələr aşkarlanaraq götürülüb.

Qax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində yüksək səsyayıcı qabiliyyətə malik pirotexniki maddələrin satışını gizli şəkildə təşkil edən şəhər sakini Bəkir Əmişov saxlanılıb. Onun fəaliyyət göstərdiyi mağazaya baxış keçirilən zaman pirotexniki vasitələr aşkar olunaraq götürülüb.

Hər iki şəxs barəsində protokollar tərtib olunub və baxılması üçün rayon məhkəmələrinə göndərilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru