Şamaxıda koronavirus xəstəsi marketdə aşkarlanıb

30-12-2021, 10:48           
Şamaxıda koronavirus xəstəsi marketdə aşkarlanıb
Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicəyə cəlb edilən şəhər sakini Kamal Rəsulov qaydaları kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib və polis əməkdaşları tərəfindən o, böyük marketlərin birində alış-veriş edərkən aşkarlanıb. Həmin şəxslə izahedici söhbətlər aparıldıqdan sonra evinə geri qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

K.Rəsulov barəsində polis şöbəsində araşdırma aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.