Xudatda silsilə oğurluqlar edən şəxs saxlanılıb

30-12-2021, 12:04           
Xudatda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bir neçə rayonların ərazisində silsilə oğurluqlar etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan Teref.az-a verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməklə zərərçəkmişlərə külli miqdarda ziyan vurmaqda şübhəli bilinən Qusar rayon sakini, axtarışda olan Alim Əlimuradov tutulub.

Onun rayon ərazisində müxtəlif ticarət obyektlərindən, evlərdən, mağazalardan pul, müxtəlif ərzaq məhsulları, spirtli içkilər, külli miqdarda müxtəlif növ siqaretlər və video müşahidə kamerası oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru