Ölkə ərazisində müşahidə olunan duman sinoptik şəraitlə əlaqədar olaraq gözlənilən atmosfer hadisəsidir.

2-01-2022, 08:47           
Ölkə ərazisində müşahidə olunan duman   sinoptik  şəraitlə əlaqədar olaraq  gözlənilən atmosfer hadisəsidir.
Teref.az-a Milli Hidrometeorologiya Xidməti Hidrometeoroloji Proqnozlar Bürosundan verilən xəbərə görə, İnversiya dumanlarının əmələ gəlmə səbəbi gecə saatlarında yerüstü təbəqədə səthin soyuması və havanın temperaturunun aşağı düşməsidir. Nisbətən yuxarı təbəqədə temperaturun yüksək olması səbəbindən Xəzər dənizi üzərində formalaşan duman qatı Abşeron yarımadasına daxil olmuşdur. Bu günlərdə azhərəkətli hava kütləsi, zəif külək duman üçün əlverişli olmuşdur.
Yanvarın 2-də gecə və səhər saatlarında da dumanlı hava şəraiti davam edəcək. Gündüz saatlarından başlayaraq küləyin sürəti artanda duman olmayacaq.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru