Yanvarın 04-nə olan hava proqnozu

3-01-2022, 12:04           
Yanvarın 04-nə olan hava proqnozu
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-10° isti,

Bakıda gecə 3-5° isti, gündüz 8-10° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunundan 755 mm civə sütununa enəcək.

Nisbi rütubət 60-70 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 04-də Abşeron yarımadasında gilavar küləyinin arabir güclənəcəyi gözlənilir ki,

bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Azərbaycanın rayonlarında Əksər rayonlarda əsasən yağmursuz. Lakin axşam bəzi dağlıq rayonlarda yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 2-7° şaxta, gündüz 2-6° isti olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru