Yanvarın 05-nə hava proqnozu

4-01-2022, 16:23           
Yanvarın 05-nə hava proqnozu
Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən

Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı,

bəzi yerlərdə yağış yağacağı gözlənilir.

Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 4-6° isti, gündüz 8-12° isti olacaq.

Bakıda gecə 4-6° isti, gündüz 9-11° isti olacaq.

Atmosfer təzyiqi 758 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.

Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

Tibbi-meteoroloji proqnoz

Yanvarın 05-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki,

bu da meteohəssas insanlar üçünəsasən əlverişlidir.

Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti, dağlarda gecə 2-7° şaxta,

gündüz 3-8° isti olacaq












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru