Respublikada faktiki hava şıraiti

4-01-2022, 16:45           
Respublikada faktiki hava şıraiti
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin yanvarın 04-ü saat 13:00-a olan məlumatına əsasən bəzi yerlərdə yağıntılı olub, dağlıq rayonlarda qar yağıb, şimal-qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənib.

Düşən yağıntının miqdarı: Quba, Qusarda 5.0 mm, Xaltan, Qrız, Xaçmaz, Lerik, Şabranda 2.0 mm, Lənkəran, Astara, Biləsuvar, Salyan, Altıağacda 1.0 mm, Bakıda və Abşeron yarımadasında 1.0 mm-dək olub.

Qar örtüyünün hündürlüyü: Qrızda 12 sm, Ağdərədə (Ordubad) 8 sm, Xaltanda 7 sm, Göygöl, Quba, Lerik, Ordubad, Qusarda 3 sm, Şahbuzda 2 sm, Sarıbaş (Qax), Gədəbəy, Altıağacda 1 sm olub.

Külək: Şimal-qərb küləyi arabir Mingəçevirdə 28 m/s, Şəkidə 25 m/s, Daşkəsən, Qobustanda 20 m/s, Şamaxıda 18 m/s, Bakıda və Abşeron yarımadasında 15-18 m/s-dək güclənib, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.0 metrə çatıb.

Havanın minimal temperaturu: Bakıda və Abşeron yarımadasında 4°-dək isti, aran rayonlarında 0-2° şaxta, dağlıq rayonlarda 7-11° şaxta, Naxçıvan MR-da 4-10° şaxta olub.

Qeyd: Ölkə ərazisində 05-i gün ərzində, 06-da hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru