Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb

6-01-2022, 12:40           
Kürdəmirdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan iki nəfər saxlanılıb
Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 2 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdiyi tədbirlərlə rayon sakini T.Həşimov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılarkən iki büküm narkotik maddə olan heroin aşkar edilib.

T.Həşimov ifadəsində narkotik maddəni rayon sakini olan bir qadından aldığını bildirib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxsə heroin satan L.Ağayeva da saxlanılaraq istintaqa təqdim edilib. Onun üzərindən də heroin aşkarlanaraq maddi sübut kimi götürülüb.

Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb, narkotik vasitələrin mənbəyinin müəyyən edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru