Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar

20-01-2022, 17:56           
Ata və oğul dəmir yolundan oğurluq edərkən saxlanılıblar
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərinin müxtəlif konstruksiyalarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Balaş Məmmədov və onun oğlu Seymur Məmmədovu saxlayıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər dəmir yolundan oğurluq edərkən elə iş başında yaxalanıblar. Həmin şəxslərin yaşadıqları evə baxış keçirilən zaman dəmir yoluna aid müxtəlif ehtiyyat hissələr aşkar edilib.

Qeyd edək ki, B.Məmmədov iki azyaşlı nəvəsini də bu işə cəlb edib.

Faktla bağlı araşdırmalar aparılır.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru