Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb

23-01-2022, 12:43           
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb
Şamaxı sakinindən qanunsuz odlu silah götürülüb

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Şamaxı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində Hacıqədirli kəndində yaşayan Əvəz Heydərovdan müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və həmin silaha məxsus patron aşkarlanaraq götürülüb.

Onun barəsində protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilib və məhkəmənin də qərarı ilə Ə.Heydərov barəsində qanunamüvafiq tədbir görülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru