Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən bacanaqlar saxlanılıb

24-01-2022, 11:46           
Şəkidə sərxoş vəziyyətdə avtomobil idarə edən bacanaqlar saxlanılıb
Şəki Şəhər Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyinin təmini məqsədilə şəhər ərazisində keçirdikləri nəzarət tədbirləri zamanı sərxoş vəziyyətdə avtomobil idarə edən sürücüləri saxlayıblar.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, “VAZ-2106” markalı avtomobili idarə edən sürücü Tehran Cabbarov idarəetməni itirib və nəticədə nəqliyyat vasitəsini yolun kənarındakı işıq dirəyinə vurub. Ərazidə xidmət aparan yol patrul xidmətinin ekipaj qrupu hadisə yerinə yaxınlaşıb və yoxlama zamanı avtomobildən düşən sürücü yol polisi əməkdaşları ilə mübahisə edib, onların qanuni tələbinə məhəl qoymayıb. Bu zaman nəqliyyat vasitəsindəki sərnişin, Tehran Cabbarovun bacanağı Elcan Bəxtiyarlı avtomobili sürərək oradan uzaqlaşmağa cəhd edib. Hər iki şəxs saxlanılıb və avtomobillə birgə şöbəyə gətiriliblər. Tibbi müayinədən keçirilən bacanaqların sərxoş olduqları məlum olub.

Onların barələrində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndəriləcək.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru