Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanıldı

24-01-2022, 11:57           
Dəmir yolu stansiyasından oğurluq edən şəxs saxlanıldı
Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinə ADY QSC-nin Şabran rayonunun Sarvan stansiyasından oğurluq edilməsi ilə bağlı məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Teref.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən dərhal keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şöbhəli bilinən rayon sakini Saday İsmayılov saxlanılıb. Aparılan araşdırmalar zamanı həmin şəxsin stansiya ərazsində olan daş hasarın üzərinə çəkilmiş çuqun barmaqlıqları oğurlaması müəyyən edilib.

Faktla bağlı araşdırmalar aparılır.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru