Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb

24-01-2022, 19:22           
Qubada silsilə oğurluqlar edən şəxs saxlanılıb
Quba Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Aydın Məhərrəmov saxlanılıb.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı həmin şəxsin rayon ərazisində müxtəlif obyektlərdən pul, televizor, akvarium hava filteri, 2 ədəd qadın qol saatları oğurladığı müəyyən edilib

Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru