Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb

24-01-2022, 19:25           
Qaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü saxlanılıb
Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon sakini Qia Bayramaşvilinin idarə etdiyi “Opel” markalı avtomobil nəzarət-yoxlama qaydasında şəhər ərazisində saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, sürücünün əməllərində sərxoşluq əlamətləri hiss edildiyindən o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən onun narkotik vasitə olan marixuana qəbul etdiyi sübuta yetirilib.

Q.Bayramaşvili barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.