İmişlidə avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən sürücü saxlanıldı

24-01-2022, 19:27           
İmişlidə avtomobili konstruksiya dəyişikliyi edərək idarə edən sürücü saxlanıldı
İmişli Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədi ilə nəzarət-profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə avtomobildə konstruksiya dəyişikliyi edən sürücü, rayon sakini Ş.İsgəndərli idarə etdiyi nəqliyyat vasitəsilə saxlanılaraq DYPB-nin müvəqqəti duracağına gətirilməsi təmin edilib.

Yol patrul xidmətinin əməkdaşları qayda pozuntusuna yol vermiş gənclə izahedici söhbətlər apararaq, yol hərəkəti qaydalarına ciddi riayət etməyinin vacibliyi çatdırıblar. Qaydaları pozan sürücü barəsində qanunamüvafiq tədbir görülüb və o, 150 manat məbləğində cərimə olunub.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru