Xaçmazda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb

9-05-2022, 17:01           
Xaçmazda narkotik bitkilərin kultivasiyası ilə məşğul olan şəxs saxlanılıb
Xaçmaz RPŞ-nin Yalama Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə Xaçmaz rayonunun Ləcət kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən Ruslan Abdurzayev saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru