Londondakı səfirliyimizə qarşı dini radikalların hücumu ilə bağlı Qorqud partiyasının bəyanatı

5-08-2022, 18:33           
Londondakı səfirliyimizə qarşı dini radikalların hücumu ilə bağlı Qorqud partiyasının bəyanatı
London şəhərindəki səfirliyimizə dini radikalların hücumu onu göstərdi ki, ölkəmizdə dinlə bağlı məsul şəxslərin apardığı siyasət yanlışdır. Bu yanlışlıq nəticəsində Azərbaycan bayrağı terrorist şiə bayrağının qarşısına atıldı. Bu terroristlərin çox böyük və bağışlanmaz səhvidir.
Həqiqəti etiraf etmək lazımdır ki, insanlarda imam Hüseynə məhəbbət min illiklərdən gəlir və onu, insanları zindana salmaqla, repressiyalarla həll etmək olmaz. Bəzi insanlar imam Hüseyni ən müqəddəs insan sayırlar və hətta - “İmam Hüseyn ata-anamdan, nəslimdən artıqdır" deyənlər var. Əksər şiələr belə düşünürlər. Onlara qarşı mübarizə hakimiyyətə çox baha başa gələ bilər və bu çox yanlış yoldur.
Bəs dini radikallığa qarşı necə mübarizə aparmaq lazımdır. Mən, Qorqud partiyasının sədri - bütün dinlərin əsl mahiyyətini ən yüksək səviyyədə bilən bir sufi-batin alimi kimi bildirmək istəyirəm ki, bunun tək yolu dinlə bağlı həqiqətlərin üzə çıxarılmasıdır. Əsl şiəlik islamdan min illər əvvəl ifrat Gelat şiələri olan Azəri bəglərinin Azərbaycada yaratdıqları İsna-Aşəriyə dinidir. Bu din indiki İslam cəhaləti yox, kamil sufi məntiqidir və Allahın insanı və dünyanı yaratması ilə bağlıdır. Deməli, dini radikallarla mübarizənin ən əsas və sadə yolu həqiqətin üzə çıxarılmasıdır ki, bu halda Azərbaycan şiəliyi terrorist şiəlikdən ayrılacaq. Həqiqəti anlayan İrandakı şiələr də artıq bizə üz tutacaqlar. Sonda dünyadakı bütün şiələr Azərbaycanı öz Məkkələri hesab edəcəklər. Mən buna tam əminəm. Bu sahədə öz köməyimi də hakimiyyətə təklif edirəm və məsuliyyəti də öz üzərimə götürməyə hazıram.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.