Şirvanda "Təmiz hava" aylığı çərçivəsində tədbirlər həyata keçirilir

12-08-2022, 15:17           
Şirvanda "Təmiz hava" aylığı çərçivəsində tədbirlər həyata keçirilir
Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən "Təmiz hava" aylığı çərçivəsində tədbirlər davam etdirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, ŞPŞ-nin Dövlət Yol Polisi Bölməsinin və Şirvan Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsinin əməkdaşlarının iştirakı ilə keçirilən tədbir zamanı avtomobillərdən çıxan qazların tərkibində olan zərərli maddələrin miqdarı xüsusi avadanlıqlarla yoxlanılıb. Normadan artıq zəhərli qaz ixrac edən və atmosferi həddindən artıq çirkləndirən avtomobilləri idarə edən sürücülərlə profilaktik söhbətlər aparılıb.
Həmçinin polis əməkdaşları sürücülərlə izahedici söhbətlər apararaq avtomobillərin saz vəziyyətdə saxlanılması barədə tövsiyələr veriblər.
Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdiriləcək.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru