Salyanda yeni dərs ilinin başlaması ilə əlaqədar piyada keçidləri yenidən rənglənir, köhnə yol nişanları isə yeniləri ilə əvəz olunur

9-09-2022, 10:56           
Salyanda yeni dərs ilinin başlaması ilə əlaqədar piyada keçidləri yenidən rənglənir, köhnə yol nişanları isə yeniləri ilə əvəz olunur
Yeni dərs ilinin başlaması ilə əlaqədar Salyan Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin və Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsinin əməkdaşları yeni yol nişanlarının qoyulması, köhnələrinin yenisi ilə əvəzlənməsi, piyada zolaqlarının yenilənməsi işlərini həyata keçiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Teref.az-a verilən məlumata görə, təhlükəsizlik tədbirləri rayon ərazisindəki təhsil müəssisələrinin qarşısında, eləcə də məktəblilərin hərəkət marşrutlarında görülüb.
Həyata keçirilən tədbirlər çərçivəsində əməkdaşlar tərəfindən Salyan rayon ərazisində olan köhnə və yararsız vəziyyətdə olan yol nişanları yeniləri ilə əvəzlənib, 30-dan artıq piyada keçidi rənglənib. Həmçinin bir neçə məktəbin qarşısında yeni zolaqlar salınıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.