10 sentyabrda hava necə olacaq

9-09-2022, 16:05           
10 sentyabrda hava necə olacaq
Bakıda və Abşeron yarımadasında

Dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var.
Arabir güclənən şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20° isti, gündüz 23-27° isti,
Bakıda gecə 18-20° isti, gündüz 23-25° isti olacaq.
Atmosfer təzyiqi 763 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək.
Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında
Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir.
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 15-19° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 10-15° isti olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.