Qəbələdə kross və gimnastika üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib

10-09-2022, 22:28           
Qəbələdə  kross və gimnastika üzrə respublika yarışlarının rayon mərhələsi keçirilib
Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Qəbələ Olimpiya İdman Kompleksində gənclər arasında "Sağlam bədəndə sağlam ruh" devizi altında idmanın kross və gimnastika növləri üzrə respublika yarışlarının rayon mərhələsinə start verilib. Tədbirdə Daxili İşlər Nazirliyinin, Qəbələ rayon Gənclər və İdman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yarışlar gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliği, gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi, eləcə də onların daxili işlər orqanlarında, Daxili Qoşunlarda xidmətə həvəsləndirilməsi məqsədilə təşkil olunub.
Açılış mərasimində öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışıb, yarış iştirakçılarına uğurlar arzulayıblar.
Sonra yarışlara start verilib, iştirakçılar kross qaçışı və gimnastika hərəkətləri ilə çıxış ediblər.
Gərdin idman mübarizəsi şəraitində keçən yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.