Qərb bölgəsində icmalarla bağlı layihə həyata keçiriləcək

11-09-2022, 08:15           
Qərb bölgəsində icmalarla bağlı layihə həyata keçiriləcək
Qazax Regional İnkişaf Resursları İctimai Birliyi, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ” Qazax, Ağstafa və Tovuz icmalarında sosial problemlərin həllinə dəstək üçün yerli hakimiyyət, vətəndaş cəmiyyəti və medianın səfərbər olunması” layihəsinin icrasına başlayıb.

Teref.az məlumat verir ki, layihə bu ilin sentyabr , oktyabr və noyabr aylarında həyata keçiriləcək.Layihədə, Qərb bölgəsində yaşayan əhalinin öz problemlərinin həlli üçün səfərbər olunması,habelə sosial problemlərin daha tez və effektiv həlli üçün yerli hakimiyyət, vətəndaş cəmiyyəti və yerli medianın iş birliyinə nail olmaq planlaşdırılır.

Bunun üçün Qazax, Ağstafa və Tovuz rayonlarının hər birindən 3 kənd icması seçilib, onların problemləri öyrəniləcək, həmin problemlərin həllinə yardımcı olan vasitələr tapılacaq.

Layihənin məqsədi-Yerli problemləri həll etmək üçün vətəndaş təşəbbüslərinin, habelə yerli hakimiyyət, QHT və medianın birgə fəaliyyətinin dəstəklənməsidir.

Bunun üçün layihənin icra müddətində İcmaların problem ətrafında təşkilatlandırılması,problemlərin aidiyyəti qurumlar qarşısında qaldırılması,kənd əhalisinin problemlərinin həlli üçün yerli hakimiyyət,QHT və yerli medianın səylərinin birləşdirilməsi və icmalar arasında könüllülük və fundreyzinq fəaliyyətinin təşviq edilməsi nəzərdə tutulub.
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.