Dəyişkən buludlu. Əsasən yağmursuz. Cənub küləyi gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 19-21° isti, gündüz 25-28° isti olacaq. Bakıda gecə 19-21° isti, gündüz 25-27° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında Əsasən yağmursuz. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman. Şərq küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 16-21° isti, gündüz 25-30° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.