Neftçalada oğurluq edən şəxs saxlanılıb

18-09-2022, 09:27           
Neftçalada oğurluq edən şəxs saxlanılıb
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən bir mağazadan və bir həyətyanı sahədən oğurluq etməkdə şübhəli bilinən rayon sakini Cavid Məcidov saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi əməlləri etiraf edib.
Araşdırmalar zamanı məlum olub ki, C.Məcidov rayon ərazisində yerləşən mağazaların birindən 320 manat pul, 480 manat dəyərində danışıq kartı və tütün məmulatı, bir həyətyanı sahədən isə ümumi dəyəri 11.650 manat olan 5 ədəd su mühərriki, müxtəlif növ təmir-tikinti alətləri və elektrik naqilləri, samovar, tikiş maşını və məişət əşyaları oğurlayaraq zərərçəkmişlərə maddi ziyan vurub.
Faktlarla bağlı Neftçala RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.