Balakəndə narkomaniyanın zərərləri ilə bağlı tədbir keçirilib

10-12-2022, 18:56           
Balakəndə narkomaniyanın zərərləri ilə bağlı tədbir keçirilib
Balakən rayonunun Yeni Şərif kənd tam orta məktəbində “Narkomaniyaya qarşı birgə olaq” mövzusunda tədbir keçirilib. Yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, onları zərərli vərdişlərdən uzaq tutmaq məqsədilə keçirilən tədbirdə polis əməkdaşları, müəllimlər, eləcə də IX-XI sinif şagirdləri iştirak ediblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elxan Zamanov çıxışında ölkəmizdə sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlərdən, narkomaniya ilə mübarizə sahəsində görülən işlərdən söz açıb, maarifləndirmə işinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini vurğulayıb.
Daha sonra “ağ ölüm”ün fəsadlarını özündə əks etdirən videoçarx nümayiş olunub və mövzu ilə əlaqəli məktəbliləri maraqlandıran suallar cavablandırılıb.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru