Azərbaycanla Türkmənistan arasındakı əlaqələrin möhkəmlənməsi yeni uğurlara yol açır

15-12-2022, 10:28           
Azərbaycanla Türkmənistan arasındakı əlaqələrin möhkəmlənməsi yeni uğurlara yol açır
Dekabrayının 14-də Türkmənistanda Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü keçirilib. Görüşdə qardaş ölkələr arasıda bir sıra sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb, əlaqələrin daha da genişlənməsi nəzərdə tutulub.
Türkmənistan bir türk, oğuz yurdudur və Azərbaycan da oğuz xalqlarından biridir. Vaxtilə də bu iki ölkə arasında çox sıx əlaqələr olub. Hətta Azərbaycan tarixinin, mədəniyyətinin öyrənilməsində biz türkmən mənbələrinə çox müraciət edirik.
Prezident İlham Əliyevin səyləri ilə son illərdə Azərbaycan Türkmənistan əlaqələri daha yeni müstəvidə irəliləməyə başlayıb. Azərbaycan Türkmənistanla iqtisadi maraqları bir araya gətirə bildi. Türkmənistan qazının Azərbaycan üzərindən Avropaya çıxarılmasını Türkmənistan rəhbərliyinə inandıra bildi. Azərbaycan və Türkiyənin birgə fəallığı nəticəsində Türkmənistan Türk Dövlətləri Təşkilatına əvvəlcə məşvərətçi səslə qoşuldu, daha sonra isə bu təşkilatın daimi üzvu oldu. Türkmənistan qazının İran üzərindən daşınmasına çalışan molla rejimi siyasi cəhətdən iflasa uğradı. Çünki Türkmənistan tranzit dövlət kimi Azərbaycanı seçdi. Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan ərazisində hər bir infrastruktur yaradılıb və Azərbaycanı tranzit bir ölkəyə çevrilib.
Təbiidr ki, Türkiyə Azərbaycanla Türkmənistan arasındakı əlaqələrin yaxşılaşdırılmasına öz töhvələrini verir. Xüsusilə dövlət başçılarının görüşlərində bu səmimiyyətin yaranması Türkmənistanla Azərbaycan arasında olan əlaqələrin daha da genişləndirilməsinə gətirib çıxarır.
Artıq biz bir neçə dəfə belə görüşlərin şahidi olmuşuq. Türkmənistan prezidenti Azərbaycan, Azərbaycan xalqı haqqında çox dəyərli sözlər deyib. Əminik ki, Türkmənistanla Azərbaycan arasındakı münasibətlər Türkmənistanı sadəcə ikitərəfli görüşlərə meylləndirməyəcək, onun həm də bu dünyaya açıq olmasına müsbət mənada öz təsirini göstərəcəkdir. ümid edirik ki, Türkmənistan bu görüşdən daha böyük enerji alacaq və dünya ilə münasibətlərədə də öz intensivliyini təmin edəcəkdir.
Ümumilikdə baş tutan görüşlər Azərbaycan və Türkmənistan arasında geniş məzmun daşıyan münasibətlərin təmin olunması baxımından olduqca vacibdi.

İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.