İmişlidə narkotik satan və evində tiryəkxana saxlayan şəxs həbs edilib

25-01-2024, 10:36           
İmişlidə narkotik satan və evində tiryəkxana saxlayan şəxs həbs edilib
İmişli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində keçirilən əməliyyat tədbirləri zamanı rayon sakini Nurəddin Abbaslı saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, onun üzərinə keçirilən baxış zamanı sellofan bükümlərdə qablaşdırılmış heroin aşkarlanıb. Dindirilmə zamanı N.Abbaslı həmin vasitələri Rəşad adlı şəxsdən əldə etdiyini bildirib.
Əməliyyat tədbirlərinin davamı olaraq keçirilən tədbirlər nəticəsində narkotik vasitələrin və psixotrop maddələrin satışını həyata keçirməkdə şübhəli bilinən rayon sakini Rəşad Ağayev də saxlanılıb. Bundan əlavə, sonuncunun rayon ərazisində müvəqqəti olaraq yaşadığı ünvanda tiryəkxana təşkil etdiyi də müəyyən edilib.
R.Ağayevin yaşadığı ünvana keçirilən baxış zamanı sellofan və kağız bükümlərdə qablaşdırılmış müxtəlif çəkilərdə heroin və elektron tərəzilər aşkarlanaraq götürülüb. Həmçinin əməliyyat tədbiri zamanı həmin ünvanda narkotik vasitə qəbul edən iki nəfər şəxs də müəyyən edilərək saxlanılıb. Hər iki şəxs dindirilmə zamanı tiryəkxanaya narkotik vasitə qəbul etmək üçün gəldiklərini və pul müqabilində R.Ağayevin onlara şərait yaratdığını bildiriblər.
Faktla bağlı İmişli RPŞ-də araşdırmalar davam etdirilir.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru