YAP-ın inkişafında xüsusi rol oynayan Qurultay - İsrafil Kərimovun yazısı

28-02-2024, 15:01           
YAP-ın inkişafında xüsusi rol oynayan Qurultay -
2021-ci il martin 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII
qurultayı ölkəmizin ictimai-siyasi həyatında tarixi hadisə oldu. 3 il öncə
keçirilən VII Qurultay bir daha Cənubi Qafqazın ən böyük siyasi qüvvəsi
olan Yeni Azərbaycan Partiyasının milli çağırışlara və yeni reallıqlara daima
adaptiv mexanizminin olduğunu isbat edir. Eyni zamanda bu qurultayın
keçirilməsi ölkədə aparılan islahatların davamıdır.
Bu gün Azərbaycan genişmiqyaslı islahatlar həyata keçirilir, bu
islahatların nəticələri gündəlik həyatda, ölkənin iqtisadi göstəricilərində,
sosial sahədə əldə edilmiş nailiyyətlərdə əksini tapır. Azərbaycanın uğurlu
enerji və nəqliyyat siyasəti nəinki enerji və nəqliyyat dəhlizlərinin
yaranmasına gətirib çıxardı, eyni zamanda, bölgədə və geniş mənada
Avrasiya məkanında yeni əməkdaşlıq formatları yaratdı.
İslahatlar həm də YAP strukturlarında həyata keçirilir və onlar
genişlənməkdədir. Qurultaydan sonra Azərbaycan Respublikasının Birinci
Vitse-prezidenti Mehriban xanım Əliyeva Partiya sədrinin birinci müavini,
həmçinin digər müavini və Partiyanın Mərkəzi Aparatına rəhbərlik edəcək
müavini təyin edilib. Eyni zamanda Partiyanın Mərkəzi Aparatının
strukturunun, Partiya işçilərinin vəzifə maaşlarının təsdiq edilməsi haqqında
Partiya sədrinin sərəncamları da imzalanıb. Həmçinin Partiyanın Təftiş
Komissiyasının sədri və sədr müavini seçilib, Gənclər Birliyinin say tərkibi
müəyyən edilib, üzvləri, sədri və sədr müavinləri seçilib. Partiyanın Veteranlar
Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı və yerli təşkilatlarının
əsasnamələrinin, Təftiş Komissiyasının reqlamentinin layihələri
hazırlanaraq təsdiq edilib.
VII Qurultaydan ötən 3 il ərzində YAP-ın Mərkəzi Aparatı, Veteranlar
Şurası, Gənclər Birliyi və yerli təşkilatları tərəfindən milli maraqların
qorunmasına siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən sağlam ictimai
rəyin formalaşdırılması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi – milli
şüurun gücləndirilməsi, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması və digər istiqamətlərdə mühüm işlər görülüb. YAP Gənclər
Birliyinin tərkibində hər biri 6 üzvdən ibarət olmaqla 5 komitə – Beynəlxalq
əlaqələr, Dayanıqlı inkişaf, YAP yerli təşkilatları ilə əlaqələr və QHT-lərlə iş,
Şəhid ailələri və qazilərlə iş, Milli dəyərlər komitələri yaradılaraq qeyd
olunan istiqamətlər üzrə 5500-dən çox gəncin iştirakı ilə müxtəlif tədbirlər
həyata keçirilib.
İkinci Qarabağ müharibəsinin nəticələri bölgə üçün yeni reallıqlar, yeni
əməkdaşlıq imkanları yaradıb. Azərbaycanda həm siyasi, həm iqtisadi
sahədə dayanıqlı inkişaf təmin edilib, beynəlxalq aləmdə çox böyük nüfuza
və hörmətə malik olan ölkəyə çevrilib.
Yeni Azərbaycan Partiyasının İdarə Heyətində gənclərin də təmsil
olunması partiya sədri, ölkə Prezidenti İlham Əliyevin gənclərinə göstərdiyi
böyük etimadın bariz nümunəsidir. Yeni Azərbaycan Partiyası böyük bir
siyasi məktəbdir. Bu siyasi məktəbdəki uğurun başlıca istiqamətlərindən biri
məhz ənənə və varislikdir. Belə ki, gənclər özlərindən öncəki nəsillərin
səmərəli fəaliyyətini daha da inkişaf etdirərək sonrakı nəsillərə ötürürlər. Bu
isə öz növbəsində partiyamızın inkişafında böyük rol oynamaqdadır.
İkinci Vətən Müharibəsində əldə olunmuş tarixi Qələbə sayəsində bu
gün Qarabağ, Şərqi Zəngəzur yenidən qurulur. Ölkə başçısının rəhbərliyi
ilə həyata keçirilən bu quruculuq işlərində hamı böyük həvəslə iştirak edir.
Artıq keçmiş məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışına
başlanılıb. Həmin ərazilərdə bütün lazımı infrastrukturlar yaradılır, yollar
çəkilir, evlər və sosial obyektlər tikilir. Ötən il sentyabrın 20-də Xocalı
işğaldan tam azad edildikdən sonra ölkə başçısının tapşırıqlarına uyğun
olaraq burada bərpa işlərinə başlanılıb. Prezident İlham Əliyevin fevralın
26-da Xocalı şəhərində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşü
zamanı qeyd etdiyi kimi: “Artıq beş yaşayış məntəqəsinə keçmiş köçkünlər
qayıtmışlar. Bu il o yaşayış məntəqələrinin sayı 20-yə çatacaq. Bu il həm
Xocalıda, həm Xankəndidə artıq həyat bərpa ediləcək, o cümlədən bu
yaxın yerlərdə yerləşən Malıbəyli, Kərkicahan, Şuşanın Turşsu kəndləri də
bərpa ediləcək, Ağdam şəhəri bərpa edilir və gələn il Ağdama da ilk köç
başlanacaq, yəni quruculuq işləri geniş vüsət alıb”.
Bu gün regionda tam yeni reallıqlar yaranıb. Azərbaycan köklü surətdə
bölgədə vəziyyəti dəyişdirə bilib. Prioritetlər arasında qonşu ölkələrlə
əməkdaşlıq məsələləri xüsusi yerə malikdir. Bu gün ölkəmiz digər ölkələrlə,
o cümlədən Avropa İttifaqı ilə bərabər hüquqlu münasibətlər qurub, Avropa
İttifaqına üzv olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər
imzalanıb, əlaqələr genişlənir.
Qeyd edilməlidir ki, BMT-ndan sonra ikinci ən böyük qurum olan
Qoşulmama Hərəkatı Azərbaycanın rəhbərliyi dövründə öz inkişafında
keyfiyyət etibarı ilə yeni inkişaf mərhələsini yaşayıb. Ölkəmizin bu təşkilara
rəhbərlik etməsi formal xarakter daşımamış, həmin dövr ərzində bir sıra
müsbət təşəbbüslər həyata keçirilib. Sevindirici haldır ki, Qoşulmama
Hərəkatına üzv ölkələr müxtəlif beynəlxalq tədbirlərdə Azərbaycanı müdafiə
ediblər. Bu da ölkəmizin xarici siyasətinin uğuru kimi qiymətləndirilməlidir.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
YAP veteranı












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.