Azərbaycan sülhün, əminamanlığın və qarşılıqlı əməkdaşlığın tərəfdarıdır

1-03-2024, 12:18           
Azərbaycan sülhün, əminamanlığın və qarşılıqlı əməkdaşlığın tərəfdarıdır
Azərbaycan öz müstəqilliyini əldə etdikdən sonra Almaniya ilə münasibətlərin daim yaxşılaşdırılmasına səy göstərib və son illərdə bu əməkdaşlıq daha da genişləndirilmişdir.
Bir çox məsələlərin - iqtisadi, siyasi, mədəni tədbirlərin birgə keçirilməsində yaxşı nümunələr mövcuddur və sözsüz ki, bu da Alman və Azərbaycan xalqının gələcək inkişafı üçün çox vacibdir, çünki Almaniya Avropanın aparıcı, iqtisadi cəhətdən inkişaf etmiş dövlətlərindən biridir və Azərbaycanın bu dövlətlə əlaqələrin genişləndirilməsinə böyük önəm verməsi təsadüfi deyildir.
Son aylarda, xüsusən erməni təcavüzkarları üzərində tarixi qələbəmiz təmin edildikdən, anti-terror tədbirləri uğurla həyata keçirildikdən sonra Avropa ölkələrində anti-Azərbaycan təbliğatı genişlənmiş və ölkəmizə qarşı münasibətlərdə mənfi istiqamətdə dönüş yaranmışdır. Bu prosesdə Almaniyanın siyasi dairələri də yaxından iştirak etmişlər və çox təəssüflər olsun ki, Azərbaycan əleyhinə yalan, şantaj xarakterli bəyanatların verilməsinə əsaslar yaratmışlar. Ancaq son günlərdə Almaniyanın hakim dairələri reallıqları dərk edərək, Azərbaycana qarşı münasibətdə müəyyən qaydada dönüş etmişlər. Bu baxımdan üçtərəfli görüşün keçirilməsi müsbət dəyərləndirilə bilər və bu görüşdə Almaniya neytrallıq göstərmişdir. Sözsüz ki, bu neytrallığın nümayiş etdirilməsi xalqımız tərəfindən müsbət qiymətləndirilir və insanlar bunu Fransa ilə heç cür müqaisə etmirlər. Çünki Fransa bu gün açıq-aşkar şəkildə Azərbaycana düşmən mövqeyindədir. O, təcavüzkar Ermənistanı müharibəyə səsləyir, işğalçı ölkəyə silah-sursat göndərir, öz hərbçilərini bu ölkədə təribatların hazırlanmasına cəlb edir. Almaniya isə bu hallardan tamamilə uzaqdır və Avropa siyasətçiləri, eləcə də almaniyalı parlamentarilər rəsmi dairələr artıq dərk edirlər ki, Azərbaycanla diqtə, təsir dili ilə danışmaq mümkün deyil. Avropada anti-Azərbaycan siyasəti bu gün davam etsə də, yaxşı haldır ki, Almaniya öz səhvlərinə müəyyən qədər düşəliş vermiş və münasibətlərin yaxşılaşdırılmasına səy göstərməkdədir. Almaniyada hazırda Ermənistanın xarici işlər naziri ilə Azərbaycanın xarici işlər nazirinin görüşü və müəyyən məsələlərin həll edilməsi Almaniyanın rəsmi dairələrinin bilavasitə Ermənistan-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasına göstərilən dəstəkdir və bunu qiymətləndirmək lazımdır.
Fevralın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevlə Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə məhz bu məsələlərə böyük önəm verilmiş və münasibətlərin yaxşı məcraya yönəldilməsindən məmnunluq duyulduğu bildirilmişdir. Prezident İlham Əliyev həmin görüşdə bir daha səsləndirmişdir ki, Azərbaycan sülhün, əminamanlığın, qarşılıqlı əməkdaşlığın tərəfdarıdır. Çünki Azərbaycan uzun illər, 32 il erməni təcavüzü altında torpaqlarımızın inlədiyi bir vaxtda heç bir Avropa ölkələrindən, xüsusilə də ATƏT-in Minsk Qrupuna rəhbərlik edən Fransadan, ABŞ-dan və Rusiyadan münaqişənin nizama salınması, həll olunması istiqamətində lazımi tədbirlər görülməsinin şahidi olmamışdır. Azərbaycan iqtisadi cəhətdən inkişaf edən, dünyada öz mövqeyi olan və bu gün dünyanın bir çox ölkələri ilə əməkdaşlığı möhkəmləndirən, Avropanın enerji təhlükəsizliyində yaxından rol oynayan bir ölkə kimi dünyanın əksər ölkələri ilə əməkdaşlığın möhkəmləndirilməsində maraqlıdır. Eləcə də Almaniya ilə əlaqələrin genişləndirilməsi hər iki dövlət üçün, xalqların xöşbətliyi üçün vacibdir və Prezidentimiz də bunu dəfələrlə qeyd etmişdir. Sözsüz ki, Almaniya rəsmləri ilə hər bir görüş reallıqların çatdırılması, nailiyyətlərimizin təsdiq olunması, haqqımızın, ədalətimizin təmin edilməsidir. Bu görüşdə səmərəli keçmişdir və sözsüz ki, Azərbaycan cəmiyyəti belə görüşləri yüksək qiymətləndirir və dövlət rəhbərimizin qarşıya qoyduğu vəzifələri dəyərləndirməklə bərabər, görüşlərin səmərəliliyinin artırılmasına və əlaqələrin genişləndirilməsinə böyük önəm verir.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.