Yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə qarşı sərt davranmağı tələb edirik

9-07-2017, 20:01           
Yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə qarşı sərt davranmağı tələb edirik
Yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə qarşı sərt davranmağı tələb edirik

İyul ayının 4-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzulinin Alxanlı kəndinin atəşə tutulması nəticəsində kənd sakinlərinin Allahverdiyeva Sahibə və onun 2 yaşlı qız nəvəsi Quliyeva Zəhranın həlak olması, bir qadının isə ağır yaralanması Ermənistanın Azərbaycana qarşı 25 ildən artıq davam edən hərbi təcavüz və etnik təmizləmə siyasətinin tərkib hissəsidir.

Ermənistan Respublikasının davam etdirdiyi işğalçılıq siyasəti bu gün də davam edir.

İşğalçı dövlət olan Ermənistan BMT –nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini bu günə kimi yerinə yetirməmişdir. Məhz Ermənistanın beynəlxalq hüquqa zidd əməllərinə görə, bu günə qədər beynəlxalq sanksiyalara məruz qalmaması onun cinayətkar əməllərini davam etdirməsinə şərait yaradır.

“Şəmsi Əsədullayev” xeyriyyə ictimai birliyi olaraq , biz beynəlxalq ictimaiyyəti, xüsusilə BMT və digər beynəlxalq təşkilatları Ermənistan silahlı qüvvələri tərəfindən törədilən beynəlxalq humanitar hüququn ciddi pozuntularına hüquqi-siyasi qiymət verməyə, Ermənistan barəsində müvafiq sanksiyalar tətbiq etməyə, Ermənistanın təcavüzünə son qoyulması ilə bağlı zəruri addımlar atmağa, dinc sakinlərin, xüsusilə yaşlı insanların və uşaqların məqsədyönlü şəkildə öldürülməsinə qarşı sərt davranmağı tələb edirik.”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.