Nəsimi rayonu ahılları, müharibə veteranları və şəhid ailələri Pirşağı qəsəbəsində istirahət etdilər

10-07-2017, 13:59           

Nəsimi rayonu ahılları, müharibə veteranları və şəhid ailələri Pirşağı qəsəbəsində istirahət etdilər
teref.az - Ümummmilli Lider Heydər Əliyev ahıllara, əlillərə və müharibə veteranlarına həmişə diqqət və qayğı ilə yanaşır, onların problemlərinin həllinə çalışır və müharibə veteranları, əlillərə xüsusi diqqət göstərilməsini hamıdan tələb edirdi. Heydər Əliyev siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən ahıllara, müharibə veteranlarına, şəhid ailələrinə,əlillərə göstərilən ehtiram və qayğı gündən-günə artırılır, onların həyat şəraitinin, güzəranının yaxşılaşdırılması üçün konkret tədbirlər görülür. Bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən də sosial yardıma ehtiyacı olan ahıl vətəndaşların, xüsusi ilə veteranların, şəhid ailələrinin, əlillərin maddi, sosial, məişət problemlərinin həllinə böyük diqqət göstərilir.
Son illər ölkəmizdə əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Ümumiyyətlə, ölkədəki davamlı tərəqqi ən çox sosial müdafiəyə ehtiyacı olan təbəqənin zəruri tələbatlarını ödəmək üçün yeni imkanlar yaradır. Əhalinin sosial müdafiəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm prioritetlərindən biridir.
Ahıllara, müharibə veteranları, şəhid ailələri və əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən də tədbirlər təşkil edilib keçirilir. Bu sosial qrupa aid olan Nəsimi rayon sakinləri ilə tez-tez görüşlər təşkil edilib keçirilir, onların istək və təklifləri nəzərə alınır, daxili imkanlar hesabına yardımlar göstərilir. Rayon ərazisində keçirilən bu tədbirlər bir daha ahıl və əlil insanların dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu nümayiş etdirir.
İyul ayının 7-də bir qrup müharibə veteranları, şəhid ailələri, ahıllar və əlillər onlar üçün ayrılmış xüsusi avtobusla Pirşağı qəsəbəsindəki İstirahət Mərkəzinə gəlmişlər.
Görüşdə Nəsimi rayon İcra Hakimiyyəti Başçısının birinci müavini Gülarə Verdiyeva ahılları, müharibə veteranları və şəhid analarını salamlamış, Prezident İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın ahıl insanlara, veteranlara,şəhid ailələrinə, əlillərə, az aztəminatlı ailələrə göstərdiyi diqqət və qayğıdan danışmışdır. Gülarə Verdiyeva bildirdi ki, bu gün dövlət ahıl, əlil və xüsusi qayğıya ehtiyacı olan vətəndaşların çoxsaylı sosial proqramlara, o cümlədən, mənzil, reabilitasiya, pulsuz istirahət, texniki-bərpa və nəqliyyat vasitələri ilə təminat proqramlarına cəlb olunmasını həyata keçirir. Bu da xüsusi qayğıya ehtiyacı olan vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq şəxslərin rifah halını yaxşılaşdırmaq və onlara dövlətin dəstək və davamlı qayğısının bariz nümunəsidir. Göründüyü kimi, Azərbaycanda həyata keçirilən sosial siyasət ölkənin hər bir vətəndaşını əhatə edir. Sözsüz, dövlətimizin başçısının müvafiq sərəncam və fərmanları ölkə ictimaiyyəti, o cümlədən, ahıllar, müharibə veteranları, şəhid ailələri, müharibə əlilləri tərəfindən də yüksək qiymətləndirilir.
Nahar süfrəsi arxasında davam edən görüşdə rayon ağsaqqalı, Böyük Vətən Müharibəsi, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Nəsimi rayon şöbəsinin Sədri İsmayıl Fərəcov, Böyük Vətən Müharibəsi veteranı Ağababa İskəndərov, şəhid anası Lətifə Novruzova və digərləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını bildirdilər. Səmimi söhbət zamanı veteranlar bildirmişlər ki, bu gün ölkəmizdə aparılan geniş quruculuq işləri, sabitlik onları çox sevindirir. Bakı şəhərinin və regionların günügündən abadlaşdırılması və gözəlləşdirilməsi, Bakıda və diğər şəhərlərdə keçirilən beynəlxalq tədbirlər onları fərəhləndirir.





















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.