İstilər rekord vurdu - 55 dərəcə

3-08-2015, 18:37           
İstilər rekord vurdu - 55 dərəcə
Bu gün ölkənin aran rayonlarında son 25 ilin ən isti hava şəraiti müşahidə olunub.

Virtualaz.org saytının Şirvan bürosunun verdiyi məlumata görə, açıq havada temperatur 55 dərəcəni keçib, kölgədə isə 39 dərəcə olub.

Bununla belə ən diqqətçəkən məqam odur ki, şiddətli istilərin olduğu aran rayonlarının (Salyan, Saatlı, Sabirabad, Neftçala, Şirvan, İmişli) heç birində təcili tibbi yardım stansiyasına günvurma ilə bağlı heç bir müraciət olmayıb. Yerli sakinlər bunu həm vərdişlə, həm də işlərini ehtiyatlı tutaraq belə qızmar günlərdə evdən bayıra çıxmamağa üstünlük vermələri ilə izah edirlər. Səhər saat 10-11-dən etibarən küçələrdə adamlara çox az rast gəlinir.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.