• "5-10 nəfər nərazı adam taparaq..." - İsmayıllıda inkişafı görməyənlərə

2-12-2017, 01:48           
• "5-10 nəfər nərazı adam taparaq..." - İsmayıllıda inkişafı görməyənlərə
Yalan danışmaq ən böyük günah sayılır. Amma bəzi insarlar var ki, yalan danışmağı özlərinə gəlir mənbəyi kimi istifadə edirlər. Əslində belə insanlar yalan danışmaqla öz daxili xislətlərini aşkar etmiş olurlar. Belələrinin sırasında bəzi jurnalist adına ləkə olan “jurnalistlər”də var ki, onlar şər-böhtan atmaqla, yalan yazmaqla öz xislətlərini, daxili çirkinliklərini göstərmiş olurlar. İsmayıllı haqqında son günlərdə “İsmayıllıda etiraz – İcra başçısı vətəndaşları aldadır” adı ilə yayılan yazı onu yazan “jurnalist”in ağlının, savadının, düşüncəsinin hansı səviyyədə olduğunu göstərməklə yanaşı “kimdən necə faydalana bilərəm” xəyalı ilə düşünülən pis xislətli jurnalist xülyasından ibarət yalanlardan başqa bir şey deyil. Ən pisi də odur ki bu əyri yolda belələrinə kömək olanlar da var. Həmin yazını bəzi “qəhrəman jurnalist dostları” da öz saytlarında yayırlar. Burda “dostunu göstər, sənin kim olduğunu deyim” məsəli yerinə düşər. Bunalrın özləri də, dostları da, himayədarları da, sifarişçiləri də, əllərinə qələm verənləri də, bütün ətraflarında olan dəstəkçiləri də eyni rəzil yoldadırlar. Bunlar “Yalan ayaq tutar, yeriməz” məsəlini də ayaqlayaraq müasir texnologiyaların köməyi ilə öz yalanlarını yeritməyə çalışırlar. Şər-böhtanlarını oxunmayan saytlarında yazırlar, sonra bəlkə oxunar deyə sosial şəbəkələrdə paylaşırlar. Ancaq öz qazdıqları quyuya da elə özləri düşərək ictimaiyyətdən tərs şillə alırlar. Yazını facebookda paylaşan “jurnalistə” bir istifadəçi yazıda yazılanların yalan olduğunu, yazı hazırlayarkən obyektiv olmaq lazım olduğunu bildirir. Paylaşımı edən “jurnalist” isə video-müsahibələrlə faktlarının olduğunu yazır. Bir başqa istifadəçi isə “85 mindən çox əhalisi olan İsmayıllıda əlbətdə ki 5-10 nəfər nərazı adam taparaq danışdırıb videoya çəkmək asandır əsas odur ki insanın ürəyi təmiz olsun gördüyü işi təmiz ürəklə görsün” fikrini bildirir. Bir başqa paylaşımda isə bir başqa istifadəçi daha sərt cavab verib. Bu arada qeyd edim ki, İsmayıllının Soltankənd və ətraf kəndlərində yazıda adı çəkilən İsmayılov Xaləddin adında adam yoxdur.

Yaxşını, yaxşılığı görməyə gözləri kor olanlara bir daha deyirəm: İsmayıllı 5 il əvvəlki İsmayıllı deyil. Bəsirət gözü bağlanmışlar görmək istəməsələr də İsmayıllıda böyük abadlıq, quruculuq işləri gedir. İsmayıllı inkişaf edir. İsmayıllıda insanlar yaxşıya yaxşı deməyi, bir-birinə hörmət etməyi bacarırlar. Bu “qəhrəman jurnalistlərimizi” də yaxşıya yaxşı deməyi, insanlara hörmət etməyi bacarmağı arzulayıram. Allah özü onların günahlarını bağışlasın.

Bir qarın yemək üçün insanlara şər atmaqla, yalan danışmaqla insan kimi yaşamaq olmaz. Çalışın həyatda insan kimi yaşayın. Bunun üçün adam gərək dünyaya mədəsi ilə yox, tanrının bəxş etdiyi gözlə baxsın.

Vahid Xəlilov












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.