Azərbaycan xalqı seçkiyə belə gedir.... - Səbaildə gözəl nümunə
10-04-2018, 20:36
Sabah Azərbaycanda prezident seçkiləridir. Bir millət və dövlət olaraq tariximizdə mühüm mərhələdir. Təbii ki, bu prosesdə xalqın, vətəndaşların, hər bir vətəndaşın ayrıca olaraq iştirakı vətən və millət qarşısında borcu hesab olunur.
Belə bir hadisəyə bu gün Bakının Səbail rayonunda yerləşən Bünyad Sərdarov küçəsi 22 ünvanında vətəndaşların verdiyi reaksiya olduqca ürəkaçandır: Bəli, xalq seçkiyə bayram əhval-ruhiyyəsi ilə gedir. Və bu gün regionumuzda siyasi münasibətlərin silah gücü ilə aydınlaşdırıldığı bir ərəfədə Azərbaycanda müşahidə olunan mənzərə bu ölkənin qurucusu olan ümummilli lider Heydər Əliyevin zəhmətinin boşuna getməməsindən xəbər verməkdədir. Hər zaman millət və dövlət olaraq bir olmağımız şərtdir!