AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu: "“Böyük Ermənistan” xəritəsi kadr arxası efirə verilmişdi."

16-08-2018, 19:14           
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutu: "“Böyük Ermənistan” xəritəsi kadr arxası efirə verilmişdi."
08 avqust 2018-ci ildə AZTV-nin Mədəniyyət Kanalında “Keçmişdən Gələcəyə” televiziya verişində AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları Balakən arxeoloji ekspedisiyasının rəhbəri t.ü.f.d Natiq Alışov və ekspedisiyanın üzvü Aliyə Adgözəlova qonaq qismində iştirak etmişdirlər. Burada Qafqaz Albaniyasında xristianlıq, bu sahədə aparılmış tədqiqatlar və Balakən rayon Tülü kəndində 2017-2018-ci illərdə aparılmış arxeoloji qazıntılarla bağlı geniş məlumat verilmişdi. 11 avqust 2018-ci ildə Mədəniyyət kanalında “Keçmişdən Gələcəyə” verilişi efirə verilərkən aparıcının “Azərbaycan xəritəsinə nəzər salaq” ifadəsinə uyğun olmadan rus dilində qondarma “Böyük Ermənistan” xəritəsi kadr arxası efirə verilmişdi. Adı çəkilən İnstitut əməkdaşları efirə gedən bu xəritəni televiziyaya təqdim etməmişlər və bu xəritəni digər tamaşaçılar kimi ilk dəfə televiziyada izləmişlər. “Keçmişdən Gələcəyə” verilişinin 11 avqust 2018-ci il tarixində efirə gedən buraxılışında kadr arxası montaj olunaraq göstərilən qondarma xəritəyə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun və verilişdə iştirak edən əməkdaşlarının heç bir aidiyyatı yoxdur və bunun üçün məsuliyyət daşımırlar.


AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsi
Tel.: (+99412)5109674, (+99455)6890495
E-mail: parviz.gasimov.pr@gmail.com
URL: www.arxeologiya.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.