ŞƏKİDƏ POLİS PİYADALARI MAARİFLƏNDİRİB

12-09-2018, 19:23           
ŞƏKİDƏ POLİS PİYADALARI MAARİFLƏNDİRİB
Şəki Şəhər Rayon Polis Şöbəsinin (ŞRPŞ) Dövlət Yol Polisi bölməsi (DYPB) hərəkətin intensiv olduğu ərazilərdə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktiki tədbir keçirib.

DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, ŞRPŞ-nin Post Patrul Xidməti tağımından yol polisinə ezam olunmuş polis əməkdaşları tərəfindən keçirilmiş xəbərdaredici tədbir zamanı piyada keçidlərindən istifadə etməyərək öz həyatları ilə bərabər, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb, polis əməkdaşları tərəfindən onlarla maarifləndirici söhbətlər aparılıb. Həmin piyadalara yol hərəkətinin təhlükəsizliyi, nişanlar barədə ətraflı məlumat verilib, piyadalar üçün nəzərdə tutulmuş yerlərdən keçmələri tövsiyyə olunub. Gələcəkdə təkrar həmin qaydalara əməl etməzlərsə barələrində inzibati tənbeh tədbirlərinin nəzərdə tutulduğu onların diqqətinə çatdırılıb.

Piyadalar arasında intizamın möhkəmləndirilməsi, hərəkətin təhlükəsizliyinin təmin olunması, xüsusilə də onların yol hərəkəti ilə bağlı həyat və sağlamlığının qorunması məqsədilə bu istiqamətdə tədbirlər davam etdirilir.















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.