Rusiya iqtisadiyyatı ötən il 25 milyard avro itirib
21-04-2015, 15:42
“Qərbin sanksiyalarına görə, Rusiya iqtisadiyyatı ötən il 25 milyard avro itirib və itkilər bu il bir neçə dəfə artıq ola bilər”. Bunu Rusiyanın baş naziri Dimitri Medvedev aprelin 21-də bildirib.
O 2015-ci ilin birinci rübündə ölkə iqtisadiyyatında artıq 2 faiz geriləmə olduğunu qeyd edib.
Rublun ABŞ dollarına nisbətdə məzənnəsi də yenidən düşməyə başlayıb.
Aprelin 21-də Moskva birjasında 1 dollar 54 rubla satılıb ki, bu aprelin 8-dən bu yana ən yuxarı həddir.
Rubl ötən ilin dekabrında dollara nisbətdə ən aşağı həddə düşdükdən sonra, yavaş-yavaş bərpa olunmağa başlamışdı.
Həmin vaxt 1 ABŞ dolları təxminən 80 rubl idi.
2014-cü ildə dünya bazarında neftin qiymətinin kıskin düşməsi və Ukrayna böhranına görə, Qərbin Rusiyaya qarşı tətbiq etdiyi iqtisadi sanksiyalar, əsas gəliri neftdən olan Ukrayna iqtisadiyyatına ciddi ziyan vurur.