Müşavirlərdən Trampa: İranı vur!

23-06-2019, 13:40           
Müşavirlərdən Trampa: İranı vur!
ABŞ Prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşavirləri onu İrana zərbə vurmağa razı salmağa çalışıb.

Axar.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” yazıb.

Məlumata görə, Bolton da daxil olmaqla, bir çox müşavir İrana zərbə vurulmasını vacib sayıb, lakin Tramp onlarla razılaşmayıb. Prezident müşavirlərin ölkəni müharibəyə çəkdiyini düşünüb və ABŞ-a müharibə lazım olmadığını, onun üçün sadəcə məsələnin iqtisadi tərəflərinin maraqlı olduğunu qeyd edib.

Qeyd edək ki, Donald Tramp Tvitter hesabında İrana hücum əmrini ləğv etmədiyini, yalnız müəyyən mərhələdə icrasını dayandırdığını açıqlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru