Suriyalı qaçqınlara yardım edən vali qətlə yetirildi – ALMANİYADA
24-06-2019, 07:18

Almaniyada son illər irqçilik olduqca güclənib. AzEuroNews.comxəbər verir ki, ölkədə irqçiliyin yüksəlişi seçkilərə də yansıyıb. Belə ki, Almaniyadakı Almaniya üçün Alternativ (AfD) kimi irqçi partiyaların reytinqi yüksəlib.
Siyasət meydanında radikal sağçıların təmsil olunması irqçiliklə bağlı cinayətlərin artmasına da səbəb oldu.
Qaçqınlara yardım edir deyə öldürüldü
Suriyalı qaçqınlara yardım etdiyi üçün Almaniyanın Kassel bölgəsinin valisi Valter Lübke irqçilər tərəfindən odlu silahla qətlə yetirilib.
Bu handisədən sonra bölgədə “irqçi terroru” təhlükəsi yaranıb. Saxlanılan qatil Stefan E.-nin bir çox siyasətçini ölümlə təhdid etdiyi öyrənilib.

Köln, Reker və Altenanın bələdiyyə sədrləri hədəfdə
Almaniyada qəzetlərə göndərilərn və özlərini “Dövlət çevrilişi orkestrası” adlandıran irçi bir qrupun imzası ilə olan məktubda Valter Lübkedən sonra Köln, Reker və Altena kimi şəhərlərin bələdiyyə sədrlərinin öldürüləcəyi anons edilib.
NSU ilə bağlantısı olub
Digər yandan saxlanılan Stefan E.-nin neonansist terror təşkilatı olan NSU ilə əlaqəsi ortaya çıxıb.
Məlumat üçün bildirək ki, NSU 8-i türk olmaqla 10 nəfəri qətlə yetirib.