Onlar ya axmaqdırlar, ya da satılıblar – Saakaşvili

25-06-2019, 20:07           
Onlar ya axmaqdırlar, ya da satılıblar – Saakaşvili
Ölkədə təcili növbədənkənar parlament seçkisi keçirilməlidir.

Teref.az xəbər verir ki, bu bəyanatı Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili paylaşıb.

O, hökumətin proporsional seçki sisteminə keçid haqqında bəyanatını “axmaqlıq” adlandırıb. Saakaşvilinin sözlərinə görə, İvanişvilinin bu təklifi ilə razılaşanlar ya axmaqdırlar, ya da satılıblar.
Qeyd edək ki, dünən Gürcü Arzusu Partiyası 2020-ci ildə ölkədə parlament seçkisinin tam olaraq proporsional qaydada keçiriləcəyini açıqlayıb.(Axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru