Tiflisdə mitinq başa çatdı: Hakimiyyət geri çəkildi

27-06-2019, 07:56           
Tiflisdə mitinq başa çatdı: Hakimiyyət geri çəkildi
Gürcüstanın paytaxtı Tilfisdə, parlament binası qarşısında yenidən kütləvi aksiya keçirilir.

Axar.az xəbər verir ki, növbəti dəfə Rustaveli prospektində maşınların hərəkəti dayandırılıb.

Etirazçıların tələbləri (Daxili İşlər naziri Georgi Qaxariyanın istefası, iyunun 20-21-də Tiflisdə aksiya zamanı saxlanılanların hamısının azad olunması və aksiyanın zor gücünə dağıdılmasında iştitak edən, güc tətbiq edən xüsusi təyinatlıların cəzalandırılması) dəyişməz olaraq qalır.

***

İyunun 20-21-də keçirilmiş etiraz aksiyaları zamanı saxlanılan şəxslərin hamısı azadlığa buraxılıb.

Bu barədə Gürcüstan parlamentinin binası qarşısında keçirilən aksiyada bildirilib.

Təşkilatçıların sözlərinə görə, onların üç əsas tələbindən ikisi artıq yerinə yetirilib.

Hazırda etirazçıların Daxili İşlər naziri Georgi Qaxariyanın istefası ilə bağlı tələbi yerinə yetirilməmiş qalıb.

***

Tiflisdə Gürcüstan parlamentinin binası qarşısında keçirilən etiraz aksiyası başa çatıb.

Təşkilatçılar aksiyanın bu gün saat 19:00-da bərpa olunacağını bildiriblər.

Etirazçılar daxili işlər naziri Georgi Qaxariya istefa verənə qədər aksiyaları davam etdirəcəklərini elan ediblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.