Almaniya vətəndaşlığına keçmək çətinləşdirilir

29-06-2019, 08:47           
Almaniya vətəndaşlığına keçmək çətinləşdirilir
Almaniya vətəndaşlığına keçmək istəyən əcnəbilərin üçün prosedur çətinləşdirilə bilər. AzEuroNews.com xəbər verir ki, Almaniya Parlamentində (Bundestaq) keçən gün bu məsələ müzakirəyə çıxarılıb. Deputatlar əcnəbilərin Almaniya vətəndaşlığına keçməsi, eyni zamanda Alnaniya vətəndaşlığı olanların bu statusdan məhrum edilməsi ilə bağlı qanuna dəyişiklik edilməsi ilə bağlı müxtəlif təkliflər irəli sürüblər.

Qanuna edilcək əlavələrin içərisində “Alman yaşam tərzi” adlı köməkçi bir maddə də var.

Miqrasiya sahəsi üzrə fəaliyyət göstərən hüquqşünasların fikrinə görə, bu maddədə yer alan şərtlər hələlik məlum deyil. Ancaq vətəndaşlıqla bağlı qanuna edilən bu əlavə ilə əcnəbilərin Almaniya vətəndaşlığına keçməsi bir qədər çətinləşəcək.

Qanunda eyni zamanda müxtəlif terror təşkilatları sırasında döyüşənlərin vətəndaşlığa qəbul edilməməsi, mövcud Almaniya vətəndaşlığı olanların pasportlarının 10 il müddətinə müsadirə edilməsi ilə bağlı maddələrin olacağı deyilir.

Vətəndaşlıq haqqında qanunun müzakirəsi növbəti günlərdə Almaniya parlamentində keçiriləcək .












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.