G-20 Liderlər Zirvəsinin Yekun Bəyannaməsi yayımlandı

29-06-2019, 16:25           
G-20 Liderlər Zirvəsinin Yekun Bəyannaməsi yayımlandı
Yaponiyanın rəhbərliyində Osakada reallaşdırılan G-20 Liderlər Zirvəsi başa çatıb. İki gün davam edən zirvədən sonra bütün G-20 üzvləri tərəfindən imzalanan 43 maddəlik bir Yekun Bəyannaməsi qəbul edilib.

Bəyannamədə, qlobal "iqtisadi böyümənin" zəiflədiyi xəbərdarlığı edilərkən, ticari və geosiyasi gərginliklərin artmasıyla risklərin aşağı yönlü olduğu vurğulanıb.
Elektron ticarət, ağıllı zəka və obyektlərin internetinin ortaya çıxardığı fövqəladə çətinliklərə qarşı daha çox çalışılmağa ehtiyac olduğu ifadə edilib.
Ticarət və sərmayə üçün risklərin qiymətləndirilməsinə davam ediləcəyinə və bu risklərin aradan qaldırılması üçün lazımlı addımların atılacağına işarə edilən bildirişdə, "Azad, ədalətli, ayrı-seçkilik olmayan, şəffaf, aydın və sabit bir ticarət və sərmayə mühiti meydana gətirmək və bazarlarımızı açıq saxlamaq üçün çalışırıq" ifadəsinə yer verilib.
G-20 liderləri Yekun Bəyannamədə, ticarət və sərmayələr mövzusunda, bazarları açıq saxlayacaqlarını və Dünya Ticarət Təşkilatının lazımlı olan islahatları dəstəkləyəcəklərini ifadə edərkən, bu mövzuda qlobal "bərabər şərtlər" meydana gətirmək üçün çalışacaqlarını ifadə edib.

QLOBAL İQTİSADİYYAT VƏ TİCARİ GƏRGİNLİKLƏR

Yaponiyanın baş naziri Şinzo Abe zirvənin sonunda təşkil etdiyi mətbuat konfransında, iqlim dəyişikliyi mövzusunda G-20 üzvləri arasında "böyük fikir ayrılıqları" olmasına baxmayaraq liderlərin ortaq bir zəmin tapdıqlarını söyləyib.
G-20 liderlərinin üzv ölkələrin güclü qlobal iqtisadi böyüməyə liderlik etməsinin lazım olduğu mövzusunda həmrəy olduqlarını ifadə edən Abe, "Qlobal iqtisadiyyat, ticari gərginliklər davam etdikcə, aşağı yönlü risklərlə üz-üzə qalmağa davam edəcək" deyə şərh edib.
Dünyanın dörd bir tərəfindən 2 mindən çox jurnalistin izlədiyi zirvəyə 37 dövlət və hökumət başçısı və aralarında Avropa Birliyindən də nümayəndələrin iştirak etdiyi təxminən 30 min adam qatılıb.
Osakada zirvədə liderləri qorumaq üçün geniş təhlükəsizlik tədbirləri alınıb. 32 mindən çox təhlükəsizlik qüvvələri prosesə cəlb olunub.
Səudiyyə Ərəbistanı gələn il G-20 dövr başçısı olaraq 2020-nin noyabrında reallaşdırılacaq G-20 Liderlər Zirvəsinə ev sahibliyi edəcək.
Müxalifət.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.